Cümə , Mart 29 2024
azenru
Home / Destinasiyalar / Rusiya Türkiyə və Bolqarıstana gəmi turları təşkil edəcək

Rusiya Türkiyə və Bolqarıstana gəmi turları təşkil edəcək

 

Rusiya Federal Turizm Agentliyinin (Rosturizm) sədri Oleq Safonov, Rusiyadan Türkiyə və Bolqarıstana Qara dəniz gəmi turlarına başlamaq üçün danışıqlarlara başladıqlarını açıqlayıb.

TravelNews.az-ın verdiyi xəbərə görə, Safonov bildirib ki, may ayında xidmətə başlanılması nəzərdə tutulan Soçi-Krım kruiz turları Türkiyə və Bolqarıstana qədər uzadıla bilər: “May ayında Soçidən  Krıma kruiz turlarının təşkil olunacağı gözlənilir. Biz bu turları Türkiyə və Bolqarıstana qədər uzatmaq istəyirik. Bu mövzu ilə əlaqədar Türkiyə nümayəndələri ilə danışıqlarımız davam edir. Bir neçə gün əvvəl də Bolqarıstanın yeni turizm naziri ilə şəxsən görüşərək bu mövzu haqqında fikir mübadiləsi aparmışıq”.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …