TravelNews.az turistlər üçün azərbaycanlı mobil operatorların xarici ölkələrə səyahət zamanı rominq xidmətindən istifadə qaydalarını araşdırıb.
Əgər siz “Azercell” istifadəçisinizsə…
Sim-sim abunəçilərinin rominq xidmətinə qoşulmaq üçün *135*1#YES, xidməti deaktiv etmək üçün isə *135*0#YES yığması kifayətdir. Fakturalı xətt abunəçiləri rominq xidmətinə qoşulmaq üçün START sözünü 8808 qısa nömrəsinə (1 SMS – 1 qəpik) göndərməlidirlər. Xidməti deaktiv etmək üçün STOP yazın 8808-ə göndərmələri kifayətdir. Yığım qaydası isə beynəlxalq formatda olmalıdır: 00 və ya +, ölkə kodu, şəhər kodu, telefon nömrəsi.
Əgər siz “Bakcell” istifadəçisinizsə…
Xarici səfərlər zamanı rominq xidməti bütün CIN və KLASS abunəçiləri üçün avtomatik aktivləşir. Eyni zamanda, abunəçilər özləri rominq xidmətini deaktivasiya edə, təkrar aktivləşdirə və ya xidmətin qoşulub-qoşulmamasını öyrənə bilərlər. Bakcell istifadəçiləri rominqi aktivləşdirmək üçün *121#1#YES, deaktivasiyası üçün isə *121#0#YES yığmalıdırlar. Rouminq xidmətinin vəziyyətini öyrənmək üçün *121#3#YES yığmaq kifayətdir.
Əgər siz “Nar Mobile” istifadəçisinizsə…
Siz “Nar Mobile”dan istifadə edirsinizsə xarici ölkəyə getməzdən əvvəl rominqi aktivləşdirmək üçün “Roaming” yazıb 777-yə mesaj göndərə və ya *777#100#YES şifrəsini yığa bilərsiniz. Xidməti yalnız Azərbaycan daxilində aktivləşdirmək mümkündür. Rominqi ləğv etmək üçün 777-yə “Stoproaming” yazıb göndərin, yaxud, *777#101#YES nömrəsini yığın.
Şərhlər
şərhlər