TravelNews.Az

Terror aktı London turizminə təsir edib

Londonun terror hücumlarına hədəf ola biləcəyi qorxusu, paytaxta turistlərin sayında azalmaya səbəb olub.

Turistlərin ən çox ziyarət etdiyi mərkəzlərlə əlaqədar araşdırma aparan “Association of Leading Visitor Attractions ALVA”nın verdiyi məlumata görə, paytaxtın ən məşhur turistik mərkəzləri sayılan Britaniya Muzeyi, Tarix Muzeyi və Viktoriya and Albert Muzeyini ziyarət edən adam sayı ötən ilə nisbətən 1 milyon nəfər azalıb.

Dərnəyin direktoru Bernard Donoque, həm yerli, həm də xarici turistlərin Londonun mərkəzindən turistlərin təhlükəsizlik şübhəsi səbəbiylə uzaqlaşdığını qeyd edib.

Donoque ötən həftə Vestminsterdə meydana gələn terror hücumunun turizmə çox az səviyyədə mənfi təsir edəcəyini  deyib. Onun sözlərinə görə, bir ya da bir neçə həftə içində buna bənzər bir hadisənin meydana gəlməsi  turizm mövzusunda daha ciddi və mənfi nəticələr göstərə bilər.

Şərhlər

şərhlər