Cümə axşamı , Aprel 18 2024
azenru
Home / Tədbirlər / Bakı Şopinq Festivalı əməkdaşlığa dəvət edir

Bakı Şopinq Festivalı əməkdaşlığa dəvət edir

Bakı Şopinq Festivalının təşkilatçısı Azərbaycan Konqreslər Bürosu Festivalda iştirak etməkdə maraqlı olan biznes qurumlarının nümayəndələrini martın 31-i saat 12:00-da JW Marriott Absheron Bakı otelinin Xocasən zalında baş tutacaq təqdimata dəvət edib.

TravelNews.Az-ın verdiyi xəbərə görə, təqdimatın məqsədi özəl sektorun nümayəndələrini Bakı Şopinq Festivalı kimi əhəmiyyətli və uzunmüddətli layihədə iştirakın iqtisadi xeyirləri barədə məlumatlandırmaqdır.

Tədbir zamanı iştirakçılara Festivala qoşulmağın qayda və şərtləri haqda, həmçinin sahibkarlıq obyektlərin qeydiyyat prosesi barədə ətraflı məlumat veriləcək.

Otel restoran, mağaza və digər sahələr də daxil olmaqla pərakəndə satış və xidmət sahəsindən  olan hər bir biznes qurumları tədbirdə iştirak edə bilər.

Tədbirdə iştirak etmək istəyənlər üçün Azərbaycan Konqreslər Bürosunun rəsmi saytında (www.azcb.com) qeydiyyat nömrələri yerləşdirilib.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …