TravelNews.Az

Booking.com Türkiyədə qadağan olundu

Türkiyədə Booking.com-un fəalliyətinin dayandırılması barədə qərarə verilib.

Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) tərəfindən, birlik üzvü səyahət agentliklərinə qarşı törədilən haqsız rəqabətə zidd hərəkətlərə görə onlayn rezervasiya portalı Booking.com-un Türkiyədəki fəaliyyətinə son qoyulması qərarı verilib.

TravelNews.Az-ın Hürriyet-ə istinadən verdiyi xəbərə görə,  İstanbul Ticarət Məhkəməsinin “2015/1174 E.” saylı işi üzrə keçirilən 29.03.2017-ci il tarixli məhkəmə iclasında Booking.com internet ünvanı Türkiyədə qadağan olunub. Bu saytın Türkiyənin otel və yaşayış obyektlərinin satışa çıxarması və satışa çıxarılmasında vasitəçi rolunu oynaması dayandırılıb və icra olunması üçün İnformasiya Texnologiyaları Şurasına göndərilib.

Onu da qeyd edək ki, “TÜRSAB” əvvəllər etdiyi müraciətdə məhkəməni qazanmış və Booking.com saytından 2 milyon 500 min Türk Lirası təzminat almışdı.

 

Şərhlər

şərhlər