Yaponiya 2016-cı ildə xarici turistlərə rekord sayda viza verib.
TravelNews.Az-ın ikisahil.az-a istinadən verdiyi xəbərə görə, Yaponiyanın səfirlikləri və konsulluqları ötən il təqribən 5 milyon 380 min viza verib və bu, əvvəlki illə müqayisədə 13 faiz çoxdur.
Vizaların 78 faizi çinli turistlərə verilib. Çinli turistlər, eyni zamanda, 300 min çoxgirişli viza alıblar ki, bu da əvvəlki ilin göstəricisindən təqribən iki dəfə çoxdur.
XİN əməkdaşlarının sözlərinə görə, yüksək göstəricinin səbəbi viza prosedurlarının sadələşdirilməsi və aviareyslərin sayının artırılması olub.
Şərhlər
şərhlər