TravelNews.Az fikirinfo.blogspot.com bloqunda yayımlanan Pərvin Bəhramoğlunun ABŞ haqqında fikirlərini izləyiciləri ilə paylaşır:
telefon və noutbuk “adaptr”ı ABŞ-dakı “razetka”lara uyğun gəlməyəcək. Ona görə öncədən bunu nəzərə almanız və özünüzlə xüsusi başlıq gətirməyiniz lazımdır.
İkincisi, Vaşinqton və Nyu-Yorkda küçə adları həm rəqəmlərlə, həm də hərflərlə adlandırılıb. Misal: A, K küçəsi, 1-ci, 2-ci küçə və s.
Sietl isə dünyanın ən zəngin iki şəxsinin yaşadığı şəhərdir. Həm “Microsoft” (1975), həm də “Amazon.com” (1994) şirkətlərinin əsası Sietl şəhərində qoyulub.
Nyu-York hündür mərtəbəli binaları ilə turistlərin ən çox gəldiyi və olduqca bahalı bir şəhərdir. Avtomobillərin tıxacından və insan sıxlığından tərpənmək çətindir. Nyu-York həm də siçovulların çoxluq təşkil etdiyi çirkli bir yerdir.
ABŞ-da dünyanın müxtəlif xalqlarının nümayəndələrinə rast gəlmək olar. Buna görə burada millət yox, vətəndaşlıq anlayışı müqəddəsdir. Demək olar ki, 50 ştatın hərəsi Avropanın bir ölkəsinə bərabərdir.
Acı və şirin yeməklər
ABŞ-da insanlar çox ünsiyyətcil və mehribandır. Tanımadığınız şəxs sizə gülümsəyib salamlaşsa, təəccüblənməyin. İnsanlar bir-birlərinə qarşı çox nəzakətlidirlər. Hər addımda bir-birlərindən üzr istəməyi bacarırlar.
ABŞ-da bütün yeməklər ya çox şirin, ya da çox acıdır. İnsanların əksəriyyəti artıq çəkidən əziyyət çəkir. Lakin insanlarda özünə əminlik çox yüksək olduğundan buna görə heç də narahat görünmürlər. Buna baxmayaraq, küçələrdə qaçan, idman edənlərin sayı da az deyil. Çin, Hindistan və Meksika restoranları üstünlük təşkil edir. Ağız dadınıza uyğun yemək dadmaq istəsəniz, gərək Türk restoranlarına üz tutasınız. Menyuda qiymətlər təxminən 10-20 dollar arasında dəyişir.
Sənədsiz içməyə icazə verilmir
ABŞ-da içki içərkən diqqətli olmaq lazımdır, çünki ictimai yerlərdə bu, qadağandır və Avropadan fərqli olaraq, küçədə spirtli içki içən adama çox az hallarda rast gələ bilərsiniz. Alkoqol, adətən, xüsusi mağazalarda satılır və onu alarkən sizdən şəxsiyyəti təsdiq edən sənəd tələb edilə bilər. “Pub”lara gedərkən də sənədlərinizi özünüzlə götürməyi unutmayın, əks halda içəri buraxılmaya bilərsiniz.
Təhsil və tibb bahadır
ABŞ- a gəlmədən öncə mütləq diş həkiminə getməyi unutmayın, çünki dişin müalicəsi olduqca bahadır. Bir dostum sırf dişini düzəltdirmək üçün Azərbaycana gəlib-gedib. Bununla yanaşı, tibbi xidməti olduqca bahadır. İnsanların sığortası olmadan müalicə alması, demək olar, mümkünsüzdür. Sığortanın olması üçün də mütləq işləməlisən. Burada əsl vəhşi kapitalizmi görmək olar. ABŞ şanslar ölkəsi olmaqla yanaşı, həm də olduqca yüksək rəqabət var.
Tibblə yanaşı, təhsil də çox bahalıdır, buna görə də əksər amerikalının təhsillərini davam etdirmək istəkləri ürəklərində qalır. Bunun üçün ya varlı ailən olmalı, ya dövlətdən uzunmüddətli təhsil krediti götürməlisən, ya da işləyərək təhsil üçün pul yığmalısan. Tanıdığım bir amerikalının təhsilə görə dövlətə 20 min dollar borcu var və deyir ki, 10 il ərzində işləyib geri ödəməlidir.
Əməkhaqqı
Maaşlar da Azərbaycanla müqayisədə xeyli yüksəkdir. Bir saatlıq əməyin minumum dəyəri 8 dollardır. Əgər həftədə 40 saatdan çox işləsən, bir saatın dəyəri 50% artacaq (12 dollar).
Bir sözlə, “American dream” arzulardakı kimi olmasa da, istedadlı və bacarıqlı insanların məkanıdır”.