Şahdağ Turizm Mərkəzində keçiriləcək “Urban Festival”ın vaxtı dəyişdirilib.
TravelNews.Az xəbər verir ki, buna səbəb Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən partlayış olub. Partlayış nəticəsində Bakı-Quba yolu bir neçə istiqamətdən bağlanıb və nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.
Hadisə şahidləri arasında Şahdağa yola düşən KİV nüməyəndələri, eyni zamanda TravelNews.Az-ın əməkdaşları da olub.
Qeyd edək ki, “Urban Festival”ın vaxtı sentyabrın 3-nə dəyişdirilib. Festivalda skeytbordçular, dağ velosipçiləri komandası, qraffiti rəssamları, bitbokserlər və kreativ rəqqaslar iştirak edəcək. Skeytbordçular, dağ velosipedçiləri və sonda rəqqaslar arasında “All For One” adlı rəqs yarışması keçiriləcək. Birinci yerin sahiblərinə “Red Bull” və “Şahdağ” Turizm Mərkəzi tərəfindən hədiyyələr veriləcək.
Şərhlər
şərhlər