Çərşənbə , Aprel 24 2024
azenru
Home / Blog / Sizə bir sirr açım… – AZƏR İSMAYIL YAZIR

Sizə bir sirr açım… – AZƏR İSMAYIL YAZIR

TravelNews.Az Azər İsmayılın növbəti blog (azikiss.me) yazısınıı izləyicilərinə təqdim edir.

Türk Hava Yollarının endirim kampaniyasından yəqin ki xəbəriniz var. Belə ki, Bakı-İstanbul-Bakı 159 avro, Gəncə-İstanbul-Gəncə isə 119 avroya təklif olunur. Qiymətə 30 kq baqaj, 8 kq qədər əl baqajı, təyyarədə isti yeməklə qidalanma, təyyarədə onlayn yer seçimi daxildir. Endirimlər tək Azərbaycana yox Türk Hava Yollarının uçduğu əksər digər istiqamətlərə də şamil edilir. Amma əsas demək istədiyim bu deyil. Misal üçün, mən Bakıdan THY ilə Londona uçmaq istəyirəm. THY rəsmi saytında bir tərəfə Bakı, digər tərəfə isə London yazıram, tarixi əlavə edib axtarış verirəm. Gördüyünüz kimi qiymət 544 avro göstərilib. İndi isə eyni tarixə İstanbul-London-İstanbul reysinin qiymətini axtarışa verirəm. Nəticə aşağıdakı kimidir:

Cəmi 130 avro. Bakıdan İstanbula uçuş isə yazının əvvəlində qeyd etdiyim kimi 159 avrodur. 130+159=289 avro. Əgər bu formada, yəni Bakı-İstanbul-Bakı və İstanbul-London-İstanbul biletlərini ayrılıqda alsanız 255 avro qənaət etmiş olacaqsınız. Eyni qayda digər reyslərə də aiddir. Biletləri 31 oktyabra kimi http://www.turkishairlines.com saytından ala bilərsiniz. Bileti alarkən, Miles&Smiles nömrənizi də qeyd edin ki, millər avtomatik hesaba əlavə olunsun.

TK1.JPG

 

tk2.JPG

Şərhlər

şərhlər

Check Also

Dünyanın ən böyük səyahət gəmisi- FOTO

Bir müddət öncə Saint-Nazaire (Fransa) gəmiqayırma zavodunda bəşər tarixində ən böyük gəmi istehsal olunmuşdur. Bu səyahət …