Bazar , Noyabr 24 2024
azenru
Home / Xəbərlər / “Bəzən otellərdə qanunvericilikdən xəbəri olmayan insanlar çalışır”- NAZİM SƏMƏDOV

“Bəzən otellərdə qanunvericilikdən xəbəri olmayan insanlar çalışır”- NAZİM SƏMƏDOV

Hotellərdə nikah kağızının tələb edilməsi işçinin özbaşınalığı da ola bilər.

TravelNews.Az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov jurnalistlərə deyib.

N.Səmədov bildirib ki, Azərbaycanda hotellərdə müştərilərdən nikah şəhadətnaməsi tələb edilməsi hallarına hələ də rast gəlinir, amma belə hallar getdikcə azalır.

O qeyd edib ki, nazirlik tərəfindən dəfələrlə hotellərin nikah kağızı tələb etməsinin qanunsuz məsələ olması ilə bağlı bəyanat verilib: “Belə hal dünya praktikasında yoxdur. Onu tələb etmək ən azı etik baxımdan doğru deyil. Əgər kimsə belə faktlarla üzləşərsə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edə bilər. Nazirlik tərəfindən sahibkarlara izah edilir ki, bu sahədə hotel sahibi özünü necə aparmalıdır. Bəzən otellərdə qanunvericilikdən xəbəri olmayan insanlar çalışır”.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir