TravelNews.Az

İtaliya turoperatorları ilə yerli turizm şirkətləri görüş keçirib – BAKIDA

Milli Turizm Təbliğat Bürosu tərəfindən təşkil edilmiş məlumat turu çərçivəsində oktyabrın 19-da İtaliyadan olan turoperatorlar və yerli turizm şirkətləri arasında tanışlıq və əməkdaşlığın qurulması məqsədilə “JW Abşeron Marriott Hoteli”ndə görüş keçirilib.

TravelNews.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın turizm imkanları təqdim edilib, Milli Turizm Təbliğat Bürosu tərəfindən görülən işlər haqqında məlumat verilib. Turizm sahəsində üçtərəfli əməkdaşlığın potensialı haqqında müzakirələr aparılıb.

Tədbirin yekununda 22 şirkət arasında ilkin anlaşmalar əldə olunub, gələcək əməkdaşlığın konturları müəyyən edilib.

Şərhlər

şərhlər