Gözlərinizi bağlayın…Birazca irəliləyin və gözlərinizi açın, LEGO meydanındasınız. Müxtəlif rəngli – mavi, qırmızı, sarı, yaşıl binalar, geyim mağazaları, restoranlar və Lego Hotel. Bəli, bura ecazkar şəhər “Legoland”dir.
1929-cu ildə baş verən iqtisadi böhran bütün dünya ölkələri kimi Danimarkaya da öz təsirini göstərmişdi. Təbii, böhran hər kəs kimi mebel ustası Ole Kirk Kristianseni də sıxıntıya salmışdı. Usta yeni sifarlişlər almır, öncədən gələnlər isə ləğv olunur. Beləliklə Kristiansen təmtəraqlı mebellər hazırlamağdan imtina edib zamanın tələbi olan taxta oyuncaqlar hazırlamağa başlayır.
1932-ci ildə usta oyuncaq şirkətini qurur və ona LEGO adını verir. Şirkət əvvəllər yalnız oyuncaqlar, taxta at, avtomobil və s. hazırlayırdısa sonralar uşaqların yaradıcılığını ön plana çıxaran oyuncaq kərpiclərlər də hazırlanmağa başladı.
LEGO böyüdükcə yarandığı qəsəbə – Billund da inkişaf etdi; hər il, müxtəlif yaşlarda olan yüz minlərlə turistin səyahət məkanına çevrildi. Sonralar “Disneyland”ın digər versiyası “Legoland” inşa edildi. Qeyd edək ki, Lego yalnız Billund üçün deyil, bütün Danimarka üçün əhəmiyyətli bir markadır. Buna görə də “Lego House”ın açılışına Kral ailəsidə qatılıb. Şəhzadə Mary Donaldson insanları bu məkana dəvət edərək “Burda yalnız uşaqların deyil, hamımızın oyun oynamağa ehtiyacı var” – deyə qeyd edib.
Bu mərkəzi hər il 250 mindən çox turist ziyarət edir.
Tərcümə: Rafiqa FƏTULLAYEVA
Şərhlər
şərhlər