Cümə axşamı , Aprel 25 2024
azenru
Home / Tədbirlər / Bakı Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyəti açıqlanıb

Bakı Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyəti açıqlanıb

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının münsiflər heyətinin üzvləri açıqlanıb.

TravelNews.Az APA-a istinadən xəbər verir ki, festival Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 15-18 noyabr tarixlərində keçiriləcək.

Münsiflər heyətinə Azərbaycandan Rafiq Quliyev, Ülkər Mütəllimova, Türkiyədən Can Saracoğlu, Polşadan Eva Kotus, Gürcüstandan Zurab Dvali daxildir. Münsiflər heyətinə Can Saracoğlu rəhbərlik edir.

Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir.

Festival eyni zamanda tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub.

Yarışmaya təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 5 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə  (Qızıl mükafat ) diplom və mükafat, II yerə (Gümüş mükafat) diplom və mükafat, III yerə (Bürünc mükafat) diplom və mükafat təqdim ediləcək. Festivalın ən yaxşı filminə “QRAN PRİ” diplom və mükafat təqdim ediləcək. Yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar.

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalına xaricdən 20-yə yaxın qonağın dəvət olunması nəzərdə tutulur. Müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı  seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirəcək. Dünyanın onlarla ölkəsinin qatıldığı bu festival ölkəmizin turizm potensialının dünyaya tanıdılmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festivalın təşkilati işlərini “Salnaməfilm” studiyası həyata keçirir. Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək olar.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir