TravelNews.Az

Ekoturizmlə bağlı maraqlı layihəyə start verilib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsinə start verilib.

TravelNews.Az xəbər verir ki, layihəyənin proqramına əsasən ölkə ərazisində ekocığırların hazırlanması , mövcud ekocığırların işarələnməsi , məlumat lövhələrinin yerləşdirilməsi və gənc ekoturistlərin bu marşurutlara cəlb olunması (dağçılıq, atçılıq, dağ velosipedi və s.) nəzərdə tutulub.

Dəniz səviyyəsindən 1022 metr yüksəklikdə yerləşən Çıraqqala Tarix və Memarlıq qoruğuna ekoturizm marşrutunun qurulması başa çatıb. Noyabrın 10-da Çıraqqala Tarixi Qoruğunda hazırlanmış ilk ekocığırın ilk turistləri cığırla tanış olub. Marşrutun ümumi uzunluğu 2 km 890 metr, başlanğıc hündürlüyü 640 metr, maksimal hündürlüyü 1022 metrdir. Marşrut 11 ədəd yolgöstərici dirəklər və rənglərlə nişanlanıb, həmçinin başlanğıcda marşrut, sonda isə Çıraqqala barədə məlumat lövhələri qoyulub.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər fondunun maliyyə dəstəyi ilə növbəti 3 ekocığırın hazırlanması işlərinə start verilib. Nəzərdə tutulan cığırlar əsasən ölkənin müxtəlif bölgələrindəki tarixi və təbiət abidələrini əhatə edəcək.

Qeyd edək ki, Gənclər Fondunun rəhbərliyi etdiyi layihənin təşkilində Montain Host Azerbaijan, Nature Discovery Azerbaijan, Ekotur (Təbiət Dostları), Vertical , Gilavar Public Union komandaları da yaxından iştirak edir.

 

Şərhlər

şərhlər