Sentyabr-noyabr aylarında “Buta Airways” 55 min sərnişinə xidmət göstərib.
TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 43 faizi AZAL-ın və “Buta Airways”in payına düşüb.
Qeyd edək ki, “Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. Aviaşirkət 2017-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb, Moskva, Antalya, Kazan, Mineralnıye Vodı, Kiyev, Tbilisi, Tehran, İstanbul, Sankt-Peterburq istiqamətlərində uçuşlar həyata keçirir. 2018-ci il yanvarın 16-da aviaşirkət Sofiyaya uçuşlar həyata keçirməyə başlaycaq.
Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
“Buta Airways” loukoster aviaşirkəti oktyabrın 29-dan etibarən Bakıdan bütün uçuşlarını Heydər Əliyev Beynəlxalq Aeroportunun “Terminal 2”nin Şimal girişi vasitəsilə yerinə yetirir.
Şərhlər
şərhlər