“İndi danışdım içəri ərazidə olan biri ilə. Helikopter dövrə vurub axtarır. Buradan biz də görürük helikopteri. Amma nəticə yoxdur”.
Bunları TravelNews.Az-a açıqlamasında irəli səviyyədə həvəskar dağçı Toğrul Cəfərov bildirib. Onun sözlərinə görə, dağçıların itkin düşməsində bir neçə səbəb ola bilər: ” Ya haradasa daldalanıblar, sadəcə hərəkət imkanları məhduddur, ya da buzlaq çatlarında ilişiblər. Qar uçqunu da ola bilər”
Qeyd edək ki, “Gilavar” – hava və ekstrim idman klubunun üzvləri B3 (buzlaq) marşurutu ilə Tufandağa qalxmalı və bazar ertəsi geri qayıtmalıydılar.
Şərhlər
şərhlər