TravelNews.Az

ABŞ-da təyyarə məcburi eniş edib – QƏRİBƏ FAKT

ABŞ-ın “United Airlines” aviaşirkətinə məxsus təyyarə tualetlərin həddən artıq dolması ilə əlaqədar məcburi eniş edib.

TravelNews.Az Trend-ə istinadən xəbər verir ki, Denver şəhərindən Havay adalarına uçmalı olan təyyarə geri qayıdaraq San-Fransiskoda eniş edib.

Məlum olub ki, Denver hava limanında uçuşdan əvvəl təyyarənin sanitar qovşağı təmizlənməyib.

Sərnişinlər səkkiz saatlıq gözləmədən sonra uçuşu davam etdiriblər.

Şərhlər

şərhlər