İspaniya paytaxtı Madriddə 38-ci dəfə keçirilən ənənəvi “Fitur-2018” beynəlxalq turizm sərgisi öz işinə başlayıb.
Yanvarın 17-dən 21-dək davam edəcək, 165 ölkədən, 10 mindən artıq şirkətin qatıldığı sərgidə Azərbaycan da iştirak edir. TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizi bu sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə bərabər 9 turizm şirkəti təmsil edir. Onlar qurulan stendlər vasitəsilə sərgiyə gələn ziyarətçiləri Azərbaycanın turizm potensialı ilə tanış edir, müxtəlif ölkələrdən gəlmiş şirkət nümayəndələri ilə işgüzar görüşlər keçirirlər.
Şərhlər
şərhlər