TravelNews.Az

“Çalışmalıyıq ki, Hindistan və Çin bazarını ələ keçirək” – MÜZƏFFƏR AĞAKƏRİMOV

“Biz çalışmalıyıq ki, Hindistan və Çin bazarını ələ keçirək. Bunu etmək üçün əlimizdə yaxşı şərait var”.

Bu sözləri TravelNews.Az-a açıqlamasında AZTA sədrinin müşaviri Müzəffər Ağakərimov deyib. Onun sözlərinə görə yanvarın 31-i Azərbaycanın 20-dən çox turizm şirkəti Hindistanın Dehli şəhərində sərgidə iştirak edəcək. “Bu sərgidə iştirakın əsas səbəbi Hindistandan Azərbaycana gələn turistlərin sayını kəskin artırmaqdır. Dünyada bir neçeə turist bazarı var. Bunlar Rusiya, Çin, Hindistan, İndoneziya bazarlarıdır. Biz bu bazarlardan istifadə edib Azərbaycana turist cəlb etməliyik” – deyə Müzəffər Ağakərimov bildirib.

AZTA sədrinin müşaviri bununla yanaşı turistlərə göstərilməli olan xidmətdən də danışıb:

“Turistləri cəlb etmək işin bir tərəfidirsə, həmin turistlərə yüksək səviyyədə xidmət göstərmək lazımdır. Eyni zamanda qiymət və marketinq siyasəti tələb və təklifə uyğun aparılarsa turistlər yenidən Azərbaycana qayıdacaq. Biz – turizm qurumları, turizm şirkətləri və bu sahədə olan hər kəs deyilənləri nəzərə almalıdır ki, ölkəmizə gələn turistlərin sayı ildən-ilə artsın. Mən əminəm ki, biz buna nail olacayıq”.

Şərhlər

şərhlər