Home / Kateqoriyasız / Azərbaycan “SEOUL FOOD 2018” sərgisində iştirak edəcək

Azərbaycan “SEOUL FOOD 2018” sərgisində iştirak edəcək

Azərbaycan may ayında Koreyada keçiriləcək “SEOUL FOOD 2018” sərgisində iştirak edəcək.

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Koreya Respublikasının Azərbaycandakı səfirliyinin ticarət şöbəsi – Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) direktoru Oh Myung Hunun rəhbərlik etdiyi nümayəndə heyəti AZPROMO-da olub.

AZPROMO rəhbərliyi ilə keçirilən görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, 2018-ci il ərzində Azərbaycanda Koreya şirkətlərinin iştirakı ilə 4 biznes-forum və istehlak malları festivalının keçirilməsi nəzərdə tutulub. Bundan başqa, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində bu ilin may ayında Koreyada keçiriləcək “SEOUL FOOD 2018” sərgisində Azərbaycanın vahid ölkə stendi ilə iştirakı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli olacaq.

Görüşdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Koreyaya ixracı, azərbaycanlı sahibkarların bu ölkəyə səfərlərinin təşkili, yerli şirkətlərin Koreyada həyata keçirilən layihələrdə iştirakı barədə fikir mübadiləsi aparılıb.

Şərhlər

şərhlər

About Rəhim Qədirov

Check Also

İran və Azərbaycan turizm üzrə birgə texniki komitə yaradacaq

İran və Azərbaycan turizm üzrə birgə texniki komitənin yaradılması istiqamətində iş aparırlar. Yaradılacaq müştərək komitə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir