TravelNews.Az

“Etihad Airways” Azərbaycana uçuşlara başlayır – MARTDAN

Martın 2-dən etibarən Etihad Airlines Abu Dabi – Bakı – Abu Dabi birbaşa reysini həyata keçirməyə başlayacaq.

TravelNews.Az şirkətin rəsmi saytına istinadən xəbər verir ki,  uçuşlar həftədə üç dəfə – çərşənbə, cümə və şənbə günləri olacaq. Bakıdan gediş-dönüş bileti 175 avrodan başlayır. Qiymətə 23 kq baqaj da daxildir.

Qeyd edək ki, “Etihad Airways” dünyanın ən lüks xidmət göstərən aviaşirkətlərindən biridir. 

Şərhlər

şərhlər