TravelNews.Az

“80 illiklə bağlı AZAL-ın təyyarəsini rənglə” – MÜSABİQƏ

“Azərbaycan Hava Yolları” QSC rəsmi “facebook” hesabında yeni müsabiqəyə start verib.

TravelNews.Az xəbər verir ki, müsabiqə  Azərbaycan mülki aviasiyasının 80 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub. Müsabiqədə iştirak etmək istəyənlər https://www.dropbox.com/s/rgoh103dp54keou/Livery_branding_contest.zip?dl=0 vasitəsilə “Adobe Photoshop” qrafik proqramı üçün “fayl-şablonu” yükləyib, onu öz istədikləri kimi mülki aviasiyanın 80 illiyi loqotipi, AZAL-ın loqotipi (və ya AZERBAIJAN yazısı ilə) və ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi simvolikasını əks etdirməklə rəngləyib 2018-ci il martın 14-dən gec olmayaraq social@azal.az ünvanına göndərməlidirlər.

İştirak etmək istəyənlər əlavə məlumatı AZAL-ın rəsmi facebook səhifəsindən əldə edə bilərlər.

Qeyd edək ki, müsabiqənin qalibi AZAL-ın marşrut şəbəkəsinin istənilən istiqamətinə 2 aviabilet qazanacaq.

 

Şərhlər

şərhlər