TravelNews.Az

Bakının rəsmi şəhər kartı yaradılır – “BAKU CARD”

Fevralın 28-də JW Marriott Abşeron otelində Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və PASHA Travel şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartı yaratmaq məqsədilə memorandumun imzalama mərasimi keçirələcək.

TravelNews.Az xəbər verir ki, “Baku Card”, Azərbaycanda ilk və yeganə Bakı şəhərinin rəsmi şəhər kartıdır. Kart sahibləri pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə edəcək. Bundan əlavə, “Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər.

“Baku Card” – Bakı şəhərini müasir tanıdacaq və ölkəmizə səfər edən turistlərin daha da çox maraq oyatmasına səbəb olacaq yeni bir məhsuldur.

Memorandum Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli və PASHA Travel şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid tərəfindən imzalanacaq.

Şərhlər

şərhlər