“Son illərdə Mingəçevir turizm mərkəzinə çevrilir. Burada yeni otellər açılır, turistlərin sayı artır”.
Bu sözləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Mingəçevirə sonuncu səfəri zamanı deyib. Qeyd edək ki, bu Prezidentin Migəçevirə 7-ci səfəri idi. Həqiqətən də Mingəçevir həm sənaye, həm də turizm mərkəzinə çevrilməkdədir. Dövlət başçısının tapşırıqlarına əsasən aparılan işlər Mingəçevir şəhərini günü-gündən daha da irəli aparır. Bu turizm sahəsində də özünü göstərir. Mingəçevirdə 4-dən çox otel, istirahət mərkəzləri, müasir restoranlar turistlərin istifadəsindədir.
Bu dəfə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Turizm.Az şirkətlər qrupunun təşkilatçılığı ilə Kür çaynın sahilində yerləşən “River Side” otelinə info-tur təşkil olunub. İki günlük info-turda 15-dən çox turizm şirkəti, eyni zamanda media nümayəndələri iştirak edib.
2008-ci ildən fəaliyyətə başlayan oteldə 30 nömrə var. Onlardan 3-ü lüks, 4-ü isə ailəvi nömrələrdir. Turistlərin əylənməsi üçün oteldə tennis, bilyard eyni zamanda idman üçün fitness zalları fəaliyyət göstərir. Uşaqlar üçün əyləncə parkı istirahət etməyə gələn valideyinlərin işini daha da asanlaşdırır. Otelin daxilində 2 restoran fəaliyyət göstərir hansı ki, Milli və Avropa mətbəxinin, əsasən, balıq yeməklərinin ən ləzzətli təamları burada hazırlanır.
Yay turizmi üçün oteldə çimərlik də fəaliyyətə başlayacaq. Çimərlikdə skuterlər, katamaranlar, katerlər turistlərin istifadəsinə veriləcək. Otelin əsas əyləncələrindən biri də balıq ovudur. Ov üçün nəzərdə tutulan bütün ləvazımatlar otel tərəfindən təmin olunur.
Otelin ən böyük üstünlüyü isə Paintball oyununun təşkilidir. Qeyd edək ki, bu Mingəçevir otellərində bir ilkdir. Paintball oyunu Kür çayında yerləşən adada keçirilir. Adaya getmək üçün qayıqları, eyni zamanda oyun üçün ləvazımatları da “River Side” oteli öz turistləri üçün təmin edir. Müəyyən müddətdən sonra həmin adada kottejlərin də fəaliyyəti nəzərdə tutulub.
Bundan başqa gələcəkdə oteldə çimərlik futbol və voleybol üçün meydançalar tikiləcək. Otelin payına düşən su hövzəsində, Kür çayının üzərində isə yeni kottejlər inşa oluna ilər.
Şərhlər
şərhlər