TravelNews.Az

İki ayda yarım milyondan çox sərnişin – STATİSTİKA

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi ilk iki ayı ərzində yarım milyonu ötüb.

TravelNews.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk iki ayı ərzində 545 mindən çox sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 16 faiz çoxdur.

Cari ilin yanvar-fevral ayları ərzində “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 222 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 63 min sərnişin düşüb.

470 min sərnişin (sərnişin dövriyyəsinin 86,2 faizi) beynəlxalq reyslərlə daşınıb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 47 istiqamət üzrə 27 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-fevral ayları ərzində bu istiqamətlərə 368 min sərnişin uçub.

Cari ilin mart ayından Əbu-Dabidən Bakıya müntəzəm reysləri BƏƏ-nin aparıcı aviaşirkətlərindən biri – “Etihad Airways” yerinə yetirməyə başlayıb.

Şərhlər

şərhlər