TravelNews.Az

Nazir Naftalan şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən vətəndaşların qəbulu keçiriləcək.

TravelNews.Az xəbər verir ki, qəbul  mart ayının 15-də saat 11ºº-da Naftalan şəhəri Heydər Əliyev Mərkəzində baş tutacaq. Görüşdə Gəncə, Naftalan şəhərlərindən, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşlar iştirak edəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə  (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

 

Şərhlər

şərhlər