TravelNews.Az

Ən punktual aviaşirkət – AZAL

“Minsk hava limanının ən punktual aviaşirkəti” müsabiqənin yekunlarına görə AZAL “Hər ay 100-dən az reys yerinə yetirən aviaşirkətlər” kateqoriyasında 93,8 faiz punktuallıq göstərici ilə ən punktual aviadaşıyıcı elan olunub.

TravelNews.Az xəbər verir ki, AZAL 16 reysdən 15-ni vaxtında və heç bir yubanma olmadan yerinə yetirib.

Qeyd edək ki, bundan öncə aviaşirkət dəfələrlə “Domodedovo” (Moskva) Aeroportunun və Dubay Beynəlxalq Aeroportunun (DXB) ən punktual aviaşirkəti elan olunub.

Şərhlər

şərhlər