Şənbə , Noyabr 23 2024
azenru
Home / Destinasiyalar / Möcüzəli məkan, müqəddəs ziyarətgah – ƏSHABİ-KƏHF

Möcüzəli məkan, müqəddəs ziyarətgah – ƏSHABİ-KƏHF

Naxçıvanı tanıyaq və tanıdaq layihəsi çərçivəsində növbəti virtual səyahət etdiyimiz taixi və müqəddəs məkana – Əshabi-Kəhfə yola düşürük. 

Naxçıvan şəhərindən təqribən 12 km məsafədə yerləşən dini ziyarətgah Naxçıvan Muxtar Respublikasının gəzib-görməli yerlərindən biridir, hətta bəzi insanlara görə birincisidir. Ziyarətfah Haçadağ və Nəhəcir dağlarının arasında hündürlüyü 1665 metr olan dağda yerləşir.

Əshabi-Kəhf ziyarətgahı ən qədim zamanlardan müqəddəs yer, ulu Tanrıya inam, ümid bəsləyən, ilahi gücünə inanan insanların səcdəgahı kimi tanınır.

Əhəmiyyətinə və zəvvarların ziyarətinə görə bu müqəddəs yer ərazidə birinci ziyarətgah hesab olunur. Ziyarətgah Naxçıvan MR olduğu kimi həm də Azərbaycanın digər bölgələrində və Yaxın Şərq ölkələrində də tanınır.

Əshabi-Kəhf ərəb dilində “mağara adamları (sakinləri)” deməkdir və Qurani-Kərimin “Kəhf” surəsində əksini tapmış əfsanəyə görə təkallahlığa inanan gənclər bütpərəst hökmdarın zülmündən və təqibindən yaxa qurtarmaq üçün birlikdə mağarada gizlənirlər. Bəziləri gənclərin sayının  4 nəfər və bir köpək, bəziləri isə 7 nəfər və bir köpək olduğunu qeyd edir. Onlar orada bilmədən 309 il yatırlar. Allah onları həmin müddətdən sonra yenidən oyatdıqda gənclər dünyanın, dövran və zamanın dəyişdiyini görüb Allahdan yenidən əbədi yuxuya getmələrini istəyirlər və hər biri qayaya söykəndiyi kimi də qeyb olurlar.

Dünyanın 4 ölkəsində – İordaniya, Hindistan, Türkiyədə və Azərbaycanda Əshabi-Kəhf olsa da bütün yazılanlara uyğun mağara Naxçıvan Muxtar Respublikasında hesab olunur. Bunun da səbəbləri var. Qurani-Kərimdə yazılıb ki, onlar yatdığı mağaranın önündə duranda günəş çıxan vaxt mağaranın sağ tərəfinə, batan vaxt isə sol tərəfində düşür. Bundan başqa onların qeyb olduqları yerin girişi üzü qibləyə olub. Bütün bu əlamətlər sübüt edir ki, əsl Əshabi-Kəhf Naxçıvan Muxtar Respublikasında olandır.

“Əshabi-Kəhf ziyarətgahı” Dünya əhəmiyyətli dini-mədəni kompleks kimi siyahıya da salınıb və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinin göstərişi ilə 2006-cı ildə yenidən abadlıq işləri aparılıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir