“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Səudiyyə Ərəbistanının daha dörd şəhərinə uçuşlar yerinə yetirməyi planlaşdırır.
TravelNews.Az xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanından olan tərəfdaşlar ilə mayın 15-dən Mədinə şəhərinin hava limanına, Ciddə aeroportuna (mayın 18-dən), Qassim aeroportuna (iyunun 15-dən) və Hail aeroportuna (iyulun 1-dən) müntəzəm reyslərin yerinə yetirilməsi üzrə danışıqlar aparılır.
Qeyd edək ki, AZAL aviaşirkəti iyunun 15-dən etibarən Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərlərinə reyslərin yerinə yetirilməsi barədə artıq razılıq əldə edib.
Bununla da, Azərbaycanın milli aviadaşıyıcısının Səudiyyə Ərəbistanında uçuşlar yerinə yetirəcəyi şəhərlərinin sayı altıya çatacaq.
Yeni reyslərin açılması Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.
Aviabiletlər satışa buraxıldığı zaman bu barədə əlavə məlumat veriləcək.