TravelNews.Az

Azərbaycandan İsrailə olan uçuşların sayı artır

Azərbaycan Hava Yolları” QSC (AZAL) İsrailə olan uçuşlarının sayını artırır

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.

Bildirilib ki, yay mövsümü ilə əlaqədar İsrailə həyata keçirilən uçuşların sayı 5-ə çatdırılıb. İyunun 10-dan oktyabrın 25-dək həftənin çərşənbə axşamı 1, cümə axşamı 2 və bazar günləri 2 dəfə Tel-Əvivə uçuşlar yerinə yetiriləcək.

Qeyd edək ki, hazırda AZAL Bakıdan Tel-Əvivə həftədə iki dəfə, çərşənbə axşamı və bazar günləri “Airbus A320” təyyarələri ilə aviareyslər həyata keçirir.

Şərhlər

şərhlər