Çərşənbə axşamı , Aprel 16 2024
azenru
Home / Destinasiyalar / Bakıda daha bir möhtəşəm turizm tədbiri baş tutacaq

Bakıda daha bir möhtəşəm turizm tədbiri baş tutacaq

Bakıda daha bir möhtəşəm turizm tədbiri baş tutacaq.

TravelNews.Az xəbər verir ki. mayın 12-də Pullman Baku mehmanxanasında Skal International Baku (Azərbaycan Turizm Peşəkarları Assosasiyası) təşkilatçılığı ilə “TMW – Tourism Meetup & Workshop” adlı turizm tədbirini həyata keçiriləcək.

Tədbirin məqsədi iqtisadi çətinlik dövründə turizm biznesinin inkişafı, satışların stimullaşdırılması, effektiv turizm strategiya istiqamətlərinin müəyyən olunması, turizm sahəsi üzrə ixtisaslaşan mütəxəssislərin və biznes sahiblərinin qarşılıqlı fikir mübadiləsi üçün şərait yaratmaqdır.

Tədbirin əsas mövzusu “Turizm məhsulu, Yeni imkanlar, Bazarlar və Müasir Trendlər” olacaq.

Qeyd edək ki, tədbirə 500 iştirakçının qatılması planlaşdırılır. “TMW – Tourism Meetup & Workshop” 1 gün ərzində 10:00-da başlayıb 16:00-dək davam etməsi nəzərdə tutulub. Tədbir 2 paneldən ibarət olmaqla, 11 yerli və xarici tanınmış spikerlərin məruzə və təqdimatları ilə gerçəkləşdiriləcəkdir.

Qeydiyyat Linki: https://www.skal.az/turizm-workshop-1

Nəzərinizə çatdıraq ki, tədbirin media dəstəkçiləri arasında TravelNews.Az Turizm Xəbərləri Agentliyi də var. Növbəti xəbərlərimizdə izləyicilərimiz tədbirin proqramı və çıxışçıları ilə də tanış ola biləcəklər.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir