Xəbər verdiyimiz kimi aprel ayının 7-də Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyev Dünya Sağlamlıq Turizmi Təşkilatının (DSTT) prezidenti seçilib. Antalyada keçirilən “Hestourex” (Səhiyyə, idman və alternativ turizm) sərgisi çərçivəsində beynəlxalq təşkilatın seçki iclası olub. Seçkidə 22 ölkədən 48 nümayəndə iştirak edib.
Azərbaycanın bu quruma rəhbərlik etməsi bizə hansı imkanları yaradır?
Bu haqda suallarımızı Sağlamlıq Turizmi Təşkilatının baş katibinin müavini Ceyhun Aşurov cavablandırıb.
“Bu quruma rəhbərlik etməsi ilk növbədə dünya ictimaiyyətinin və dünya sağlamlıq turizmi ilə bağlı olan seqmentin Azərbaycana olan diqqətini daha da artırır. Bununla yanaşı gələcək toplantının nəticələrinə görə 2019-cu ildə, fevral ayının sonlarında Beynəlxalq Sağlamlıq Turizm Forumu Azərbaycanda keçiriləcək. Bu bir daha bizə şans verəcək ki, biz öz turizm məhsullarımızı, ümumi götürsək Azərbaycan turizmini üzv ölkələrə daha yaxından tanıda bilək.
Aydın məsələdir ki, sağlamlıq məqsədilə gələn turistlər təkcə müalicə üçün gəlmirlər. Onlar həm də başqa turizm məhsullarından istifadə edirlər. Eyni zamanda nəzərə alın ki, sağlamlıq məqsədilə gələn turistlərin ölkədə qalma müddəti daha uzun , mövsümdən asılılığı isə daha az olur. Bu da bir üstünlükdür ki, biz gələn turistlərə daha çox çeşidli məhsullar təqdim edə bilək. Bizim beynəlxalq starndartlara daha da yaxınlaşmağımız üçün də imkan yaranıb. Bu təşkilatın işlərindən istifadə edib dünyanın müxtəlif ölkələrində olan sağlamlıq turizmi xidmətlərini və yanaşmalarını Azərbaycanda da tədbiq edəcəyik. Gördüyümüz işlərin hər biri sonda müştəri məmnuniyyətinə gətirib çıxaracaq” – deyə Ceyhun Aşurov bildirib.
Şərhlər
şərhlər