Cümə axşamı , Aprel 25 2024
azenru
Home / Destinasiyalar / Dünyanı gəzmək üçün iki nəfər “peşəkar turist” axtarılır – MARAQLI

Dünyanı gəzmək üçün iki nəfər “peşəkar turist” axtarılır – MARAQLI

İslandiyanın WOW Air şirkəti maraqlı elan paylaşıb.

TravelNews.Az səyahətçi fotoqraf Əli Əkbərə istinadən xəbər verir ki, şirkət müvəqqəti iş kimi iki nəfər “peşəkar turist”  axtarır. Müsabiqədə 18 yaşından yuxarı ingilis dilini bilən kim varsa – hamı iştirak edə bilər. Cinsin və milliyətin heç bir fərqi yoxdur. Əsas tələblərdən də biri  həmin şəxsin Facebookda profili olması, başqa aviaşirkətin işdəməməsi və sağlam olmasıdır. İştirak etmək istəyənlər öz yaşadığı şəhər barədə qısa video çəkib göndərməlidir.

Son qeydiyyat tarixi 14 may göstərilir. Seçilən 2 “peşəkar turist” iyunun 1-dən avqustun 15-dək İslandiyanın paytaxtı Reykyavikə köçəcək. Bu müddət ərzində də dünyanın müxtəlif ölkələrinə səyahətlər edəcək. Hər səyahət 2-4 gün müddətində olacaq. Səyahətdən qayıdandan sonra da  turistlər sosial şəbəkədə səfərlə bağlı hesabatları paylaşmalıdır. Bütün xərclər şirkət tərəfindən ödənilir, üstəlik bu müddət ərzində 9500 AVRO cibxərcliyi də veriləcək.

İştirak etmək istəyənlər üçün link: https://travelguide.wowair.com/apply.html

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir