Cümə , Aprel 26 2024
azenru
Home / Destinasiyalar / Türmə adası və nəhəng Seyşel tısbağaları… – FOTOREPORTAJ

Türmə adası və nəhəng Seyşel tısbağaları… – FOTOREPORTAJ

TravelNews.Az səyahətçi-fotoqraf Əli Əkbərin növbəti yazısını və çəkdiyi fotoları izləyicilərinə təqdim edir.

Türmə adasına Zənzibar arxipelaqının mərkəzi – Stone Town-dan qayıqla 20 dəqiqəlik yoldur. Babbalaca da adadır, 15-20 dəqiqəyə gəzə-gəzə adanı perimetri boyunca başa vurmaq olur. Özü də hansısa bəxtəvərin şəxsi ərazisidir.

Adanın rəsmi adı Changuu Private Island Paradise-dir. 1860-cı ilədək üzünə baxan yox idi. Daha sonra isə özünü pis aparan qulların saxlanma məkanı olub. 1893-cü ildə burada qulların saxlanması üçün böyük türmənin tikilməsi planlaşdırılırdı. Yer də təsadüfi seçilməmişdi, çünki o vaxtlar Zənzibar Şərqi Afrikada özünün ən böyük qul bazarları ilə məşhur idi. Ele bu adaya gətirilən qullar da sonradan böyük gəmilərlə Qərb ölkələrinə aparılırdı.

İndi isə keçmiş türmə binasında otel fəaliyyət göstərir.

Vaxt var idi, nəhəng Seyşel tısbağaları Hind okeanındakı bir çox adalarda yayılmışdılar. Şad-xürrəm də yaşayırdılar, çünki o vaxtlar həmin adalara insan ayağı dəyməmişdi. Biz sağolmuşlar gəlib oralara çıxar-çıxmaz başlamışıqmış biçarələrin çanağına, ətinə pis gözlə baxmağa. İnsanlar üçün həmişə çox rahat eldə olunan şikar olublar. Səbəbi də bəlli: astagəllik. Bu adadakı nəhəng tısbağaların indi insanlardan qorxusu yoxdur, çünki 150 il bundan əvvəlki vəziyyətdən fərqli olaraq hal-hazırda onların qayğısına qalırlar. Amma yenə də tam qırılıb yox olma təhlükəsi ilə üzləşən canlılar siyahısındadırlar.

200 ilədək yaşayırlar. Yaşlarını canaqlarının üzərinə yazırlar, hər il də 1 yaş əlavə edirlər.

Adanın özü Zənzibarda çimmək üçün ən komfortlu yerlərdən sayılır. Suyun rəngi adama «öl mənimçün» deyir. Adam da o qədər çox olmur.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir