Cümə , Mart 29 2024
azenru
Home / Destinasiyalar / Bu dövlətlərin vətəndaşlarına hava limanında “ASAN Viza” veriləcək – SİYAHI

Bu dövlətlərin vətəndaşlarına hava limanında “ASAN Viza” veriləcək – SİYAHI

“Bu günə qədər 420 minə yaxın əcnəbiyə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilib”.

TravelNews.Az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.

“ASAN xidmət”in sədri bildirib ki, may ayının 15-dən başlayaraq 15 dövlətin – Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, İran, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur, Türkiyə, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına Azərbaycanın hava limanlarında “ASAN Viza”lar veriləcək.

Ü. Mehdiyev qeyd edib ki, 2017-ci ilin yanvar ayından “ASAN Viza” sistemi vasitəsilə əcnəbilərə 3 saat ərzində elektron vizalar verilir və bunun müqabilində 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir