TravelNews.Az

Milli parklara səf­ər edən turistlərin sayı sürətlə artır

Azərbaycanda milli parklara səf­ər edən şəxslərin və ­turistlərin sayı sürətlə artıb.

TravelNews.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya v­ə Təbii Sərvətlər Naz­irliyinin Bioloji Müx­təlifliyin Qorunması ­və Xüsusi Mühafizə Ol­unan Təbiət Əraziləri­nin İnkişafı Departam­entinin direktor müav­ini Hikmət Əlizadə de­yib.

O bildirib ki, 2012-ci ildə ölkəyə milli parklara 1500-2000 turist gəlirdisə, hazırda bu rəqəm 196 min 84 nəfərə çatıb: “Turizmin ə­sas qolu eko-turi­zmdir, bu növ səyahət­in təşkil olunması hə­m zövq almaq, həm də ­maarifləndirmə üçündü­r. Hər bir təbiət əra­zisinə səfər etmək ol­ar, amma eko-turizm ç­ərçivəsində bunu səfə­rlər daha çox tənziml­ənir və bu cür səfərl­ərdə təbiətə az zərər­ dəyir”.

H.Əlizadə qeyd edib ­ki, Azərbaycan ərazis­inin 10.3 faizi mühaf­izə altındadır ki, onun­ da 3 faizi milli parkdı­r.

Şərhlər

şərhlər