TravelNews.Az

AZAL təyyarəsi məcburi geri dönüş edib

Yerli vaxtla saat 08:59-da uçan AZAL-ın J2-075 Bakı (GYD) – İstanbul (IST) reysini yerinə yetirən hava gəmisində texniki problem yaranıb.

TravelNews.Az AZAL-ın rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, təyyarənin komandiri bu səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarını qəbul edib.

Təyyarə Bakı hava limanında yerli vaxtla saat 09:33-də uğurlu eniş edib. Reysin sərnişinləri digər bir təyyarə ilə İstranbula yola salınacaqlar.

 

Şərhlər

şərhlər