TravelNews.Az

Təyyarə dənizə düşüb – Axtarışlar davam edir…

BBC-yə əsasən, 189 sərnişin daşıyan İndoneziyanın “Lion Air”  hava yollarının təyyarəsi (Boeing 737 Max) Cakartadan qalxdıqdan 13 dəqiqə sonra qüllə ilə kontaktı itirib və dənizə düşüb.

Qəza 29 Oktaybr tarixində, 06:20-də (GMT +7) baş verib və təyyarəylə havaya qalxdıqdan 13 dəqiqə sonra əlaqə kəsilib.

Təyyarənin qalıqları hələ tapılmayıb, ancaq xilasedicilər sudan insan bədən hissələri və uşaq ayaqqabısı kimi əşyalar tapmağa nail ola bilib. Sağ qalanlar haqqında isə heç bir məlumat yoxdur. Axtarış briqadasının rəhbəri Bambang Suryo, tapılan bədən hissələrinə əsasən sərnişinlərin sağ qalmaq ehtimalının demək olar ki olmadığını bildirib. Təyyarənin 30-40 metr dərinlikdə olduğu gözlənilir.

Qəzanın səbəbi hələ də bilinmir, amma texniki problemin qəzaya səbəb olduğu gözlənilir. Mənbələrə əsasən qəzaya uğrayan təyyarə avqust ayından bəri fəaliyyət göstərirmiş. Bu “Boeing 737 Max” təyyarəsinin ilk böyük qəzası hesab olunur.

Axtarışlar davam edir.

 

Şərhlər

şərhlər