“Business Insider”-in verdiyi məlumata əsasən “Utopia Residences” şirkəti lüks “Utopia” Kruizini cəmiyyətə təqdim etməyə hazırlaşır.
Kruizdəki mənzillər Nyu York və Londondakı lüks mənzillər kimi dizayn edilib və qiymətləri 4.4 milyon dollarla 36 milyon dollar arasında dəyişir.
“Utopia”-nın zəngin insanlar üçün çox böyük rahatlıq yaradacağı gözlənilir. Belə ki, burada ki mənzillər daimi olaraq alan şəxsin mülkü sayılacaq. Nəticədə, sahibkarlar lüks evlərində dünyanı gəzə biləcəklər.
Kruiz aylarla dünyanı gəzəcək və “sakinlərin” böyük idman və mədəniyyət tədbirlərini görməsinə şərait yaradacaq. Gəmi Wimbledon, Olimpiya oyunları, Rio Karnavalı üçün sahilə yan alacaq.
“Utopia” layihəsinin yaradıcısı və koordinatoru Harvard Universiteti məzunu, David Robb-un verdiyi məlumata əsasən kruizdə yerləşən böyük və ən bahalı mənzillər artıq satılıb. O, həmçinin bu kruizin tarixdə ilk olacağını bildirib. Belə ki, normalda kruizlər 25-30 il müddətində yararlı olduğu halda, “Utopia”-nın 100 il müddətində sakinlərinə xidmət edə biləcəyi gözlənilir.
Qeyd edək ki, kruizdə 190 mənzil mövcuddur. Həmçinin kruiz daxilində teatr, gecə klubları, barlar, incəsənət qalereyaları, idman zalları və süni parklar mövcud olacaq. Kruizin sakinlərindən birinə çevrilmək istəməyən şəxslər isə, göyərtədəki 160 otaqlı oteldə gecələyə biləcək.
Kruiz 2021-ci ildə okeanlara yelkən açacaq.
Şərhlər
şərhlər