Dövlət Turizm Agentliyinin verdiyi məlumata əsasən 16 – 18 noyabrda Bakıda ilk dəfə turizm mövzusunda “Startup Weekend” beynəlxalq müsabiqəsi keçirilib.
3 gün davam edən müsabiqədə təlimçilərin (mentorların) dəstəyi ilə 60 iştirakçı turizm sahəsi üzrə innovativ fikirlərini peşəkar münsiflər heyətinə təqdim ediblər. Münsiflər heyətində Azər Qərib, Farhad Aşurbəyli və Azərbaycan Turizm Bürosunun Məhsulların yaradılması şöbəsinin müdiri İlkin Cavadov yer alıb.
Müsabiqə ASAN xidmətin “İnnoland” İnnovasiyalar və “Next Step” İnnovasiyalar Mərkəzinin, SUP startap akseleratorunun təşkilatçılığı, Azərbaycan Turizm Bürosu və “PASHA Travel” şirkətinin dəstəyi ilə baş tutub.
Qalib gələn 3 komanda (“Bakida”, “QR Taste”, “Travel2Culture”) sponsorlar tərəfindən dəyərli hədiyyələr qazanıb.
Şərhlər
şərhlər