Amerikalı turist Hind okeanının Andaman adalarında məskunlaşmış “Sentinelese” qəbiləsinin üzvləri tərəfindən qətlə yetirilib.
Adı çəkilən qəbilə sosyallaşmaqdan və sivilizasiyalara qoşulmaqdan imtina edən son yerli qəbilələrdəndir. 27 yaşlı John Allen Chau adlı turistə bu qəbilə ilə tanış olmaq çox maraqlı imiş, elə ona görə də o balıqçı qayığı ilə onların məskunlaşdığı torpaqlara üz tutub. Sahilə çatdıqda qəbilə üzvləri onu oxlarla vurub, lakin John irəliləməyə davam edib. Bunu görə balıqçılar sahildən uzaqlaşıb, amma növbəti gün onun cəsədini tapmaq üçün geri qayıdıb.
Qeyd edək ki, qəbilənin məskunlaşdığı Sentinel adası elə qorunur ki, hətta Hindistanın donanması belə ora yaxınlaşa bilər.
Şərhlər
şərhlər