TravelNews.Az

Məşhur “I amsterdam” yazısı ləğv edilib

 

Gün ərzində qarşısında 6 mindən artıq şəkil çəkildiyi hesab olunan məşhur “I amsterdam” yazısı iki səbəbə əsasən  Hollandiyanın paytaxtından,  “Rijksmuseum” muzeyinin qarşısından yığışdırılıb.

Bu qərarın arxasındakı şəxs şəhər müşaviri Femke Roosma hesab olunur.  O, buna səbəb kimi bu yazının çox individualistik olduğunu və individuallığı təbliğ etdiyini bildirib. Roosma qeyd edib ki, insanlara vermək istədikləri mesaj tolerantlıq, multikulturallıq və həmrəylik olduğu halda, “I amsterdam” yazısı insanlara onların bu şəhərdə fərqli və ayrı fərdlər olduğu mesajını ötürür.

Yazının ləğv edilməsinin arxasındakı texniki səbəb isə, şəhərin mərkəzi hissəsində qarışıqlığı azaltmaqdır. Şəhər nümayəndələri bu yazıyla şəkil çəkdirmək istəyən turist axınını azaltmaqla buna nail ola biləcəkləri nəticəsinə gəlib.

Əhalinin bir hissəsi bu qərara etiraz etsə də, digər hissəsi bu “kütləvi turizm” simvolunun ləğvinə sevindiyini bildirib.

 

Şərhlər

şərhlər