“Telegraph Travel” 45 mindən artıq izləyici arasında keçirdiyi sorğu nəticəsində 2018-in ən möhtəşəm şəhərini seçməyə nail olub.
Nəticəyə əsasən Keyptaun (Cape Town) 1-ci yerə çıxıb. Tokio və Vankuver şəhərləri isə ikinci və üçüncü yerləri bölüşür.
Qeyd edək ki, artıq 6-cı ildir ki, Keyptaun birinciliyi əldən vermir və Vankuver şəhəri ilk üçlükdə yer alır. Həmçinin, son iki ildir ki, Tokio şəhəri bu siyahıda yer almağa başlayıb və zirvəyə doğru irəliləyir.
Son 7 il üçün nəticələri sizə təqdim edirik:
İl | Qalib | 2-ci yer | 3-cü yer |
---|---|---|---|
2018 | Keyptaun | Tokio | Vankuver |
2017 | Keyptaun | Vankuver | Tokio |
2015/2016 | Keyptaun | Vankuver | Venesiya |
2014 | Keyptaun | Vankuver | Venesiya |
2013 | Keyptaun | Vankuver | Venesiya |
2012 | Keyptaun | Vankuver | Nyu York |
2011 | Nyu York | Venesiya | Keyptaun |
Keyptaun şəhəri ilə aşağıdakı video vasitəsilə tanış ola bilərsiniz:
Şərhlər
şərhlər