TravelNews.Az

Bu ölkədə ictimai nəqliyyat tamamilə ödənişsiz olacaq

Lüksemburqa getmək planınız varsa, hələ tələsməyin. Çünki, 2019-cu ilin yayından etibarən bütün ölkədə ictimai nəqliyyat ödənişsiz olacaq.

Bu qərarı yeni hakimiyyətə gələn koalisiya hökuməti verib. Onlar ümid edir ki, ictimai nəqliyyatın ödənişsiz olması şəhərdəki tıxac və sıxlıq problemini aradan qaldıracaq. Şübhəsiz ki, bu xüsusiyyət turistlərdə də Avropanın bu kiçik ölkəsinə olan marağın artmasına təsir göstərəcək. Nə qədər müəmmalı səslənsə də, ödənişsiz nəqliyyatın xərcləri azaldacağı gözlənilir. Belə ki, artıq biletlərin satışı və yoxlanışı ilə məşğul olan personelə ehtiyac qalmayacaq.

Qeyd edək ki,  hal-hazırda Lüksemburqda 1 günlük ictimai nəqliyyatdan istifadə üçün nəzərdə tutulan biletlər 4 avrodur və 20 yaşdan aşağı hər kəs artıq ölkədə ödənişsiz səyahət edə bilir.

Şərhlər

şərhlər