Dünyanın ən məşhur muzeyi olan Luvr ziyarətçi sayına görə yeni rekorda imza atıb. Belə ki, 2018-ci ildə ziyarətçilərin sayı əvvəlki ilə nisbətən 25 faiz artaraq 10.2 milyona çatıb və dünyanın il ərzində ən çox ziyarət edilən muzeyi seçilib.
Luvr muzeyi Fransada turizmi dirçəldən əsas faktorlardan hesab olunur. Bu yüksəlişə təsir göstərən əsas səbəblərdən biri də məşhur müğənni Beyonce və Jay-Z-nin burada çəkilmiş klipi olub. Klip ümumilikdə muzey daxilində çəkilib və ən məşhur eksponatlardan bir neçəsi nümayiş etdirilib.
Klip sayəsində muzeyə turist axını sürətli şəkildə artıb və hətta muzeyin administrasiyası klipdə göstərilən eksponatlara üstünlük verən xüsusi turlar təşkil etməyə başlayıb.
Həmin videonu sizə təqdim edirik:
Şərhlər
şərhlər