Bəs siz bilirdinizmi, Corc Kram 24 August 1853-cü ildə Saratoga Springs (ABŞ) kurortunda, Moon’s Lake Lodge mehmanxanasının restoranında şef olaraq çalışarkən çipsini təsadüfən ixtira etmişdir. Əfsanəyə görə Moon’s Lake Lodge restoranının özünəməxsus reseptlərindən biri “french fries” idi. Bir dəfə şam yeməyində dəmiryolu maqnatı Kornelius Vanderbilt qızardılmış kartofları geri qaytararaq, “çox qalın” olduğunu bildirib. Şef maqnatla kiçik bir zarafat etmək qərarına gəlib kartofları kağız nazikliyində doğrayaraq xırçıldayana kimi qızartdı,lakin bu yemək maqnat və onun dostlarının çox xoşuna gəldi.
Bu resept “Saratoqa Çipsləri” adını aldı. Bir müddət sonra çipslər restoranın ən məşhur yeməyinə çevrildi.
Şərhlər
şərhlər