Avropanın dağlarla əhatələnən kiçik kəndi Hallstatt – Həftəşəhər
- Hallstatt, Avstriyanın Hallstatt gölü ətrafında yerləşən, dörd tərəfi dağ və yaşıl meşələrlə əhatələnmiş kiçik bir kəndidir.
- 2-3 qatlı taxta evlərdən ibarət bu qəsəbənin əhalisi təxminən 1000 nəfərdən ibarətdir.
- Avropanın ən qədim məskunlaşma yerlərindən sayılıb 1997 ilində Unesco tərəfındən Ümumdünya irsi siyahısına salınmışdır.
- Hallstatt xüsusilə çinli turistlərin səyahət etdiyi yerdir. Gələn turistlərin 90%-i çinlidir. Hətta buranı o qədər çox sevirlər ki, 2012-ci ildə Çinin Guangdong əyalətinin Huizhau şəhərində bu kəndin eynisini inşa etmişlər.
- Hallstatt da ən qəribə ənənə 1700-cü ildə başlamışdır. St Michael kilsəsinin içərisində yer alan Beinhous adlı evdə 1200 ədəd kəllə sümüyünün yerləşdirilib. Əvvəllər kilsənin bağçasında qəbiristanlıq da yer olmadığı üçün qəbrləri açmağı qərara almışlar. Çox yer tutan böyük sümükləri və kəlləri təmizləyib kilsəyə yerləşdirmişlər. Qəbiristanlıq çiçəklərlə bəzədildiyi üçün kəllələr də çiçək naxışları ilə bəzdilmiş şəkildə sərgilənir. Hallstatlılar bunu sevginin simvolu olaraq qəbul etmişlər.
- Dünyanın ən qədim duz mədənləri burada yerləşir. Alimlərin apardığı araşdırmalar nəticəsində mədənlərin 250,000,000 il əvvəl meydana gəldiyi və dağın içində təxmini 30 kmlik bir sahəni örtüyü sübut edilmişdir.
- Hallstatt otellər də daxil olmaqla demək olar ki hec bir yerdə kredit karti istifadə edilmir və axşam saat 6 və 7-ddən sonra çox mağaza ve restoranlar bağlı olur.
Şərhlər
şərhlər