TravelNews.Az

Həbsxana turizmi: həyat heç də bal deyil.

Zəngin bir adam bir neçə gününü həbsdə keçirə bilər. Müasir ekstremal turizm növləri arasında həbsxana ən ekstremal və ən bahalı növlərdən biridir.Buradakı yüksək qiymətlər müqabilində siz heç də yüksək xidmətlə qarşılaşmayacaqsınız, lakin belə turlar fərdi olması ilə və ya kiçik bir turist qrup üçün hazırlanması ilə seçilir.Burada ödədiyiniz pulun əvəzində sizə iyrənc yeməklər, gözətçilərin mədəniyyətsiz rəftarı və həbsxana həyatının digər “gözəllikləri” təqdim ediləcək.Bu səyahət çox bahalıdır. Məsələn, Xodorkovski adlı turistə belə bir səfər bir neçə milyard dollara başa gəlmişdi. Həbsxanada turizmi bütün dünyada böyük sevgi ilə qarşılanır.

Düzünü desək,bu səfər unudulmaz təəssüratlarla yadda qalır. Əvvəlcə hər şey çox gülməli görünür,lakin burada bir az vaxt keçirdikdən sonra getdikcə yavaş-yavaş adamı sıxmağa başlayır; nəzarətçilərin kobud danışıqlarından tutmuş dar kameraları kimi hər şey çox darıxdırıcı gəlir. Kameranı axtarmağa başlayırsınız; qalın və tünd rəngli mala ilə örtülü divarlar, tavana yaxın pəncərələr, tozlu polad qəfəslər və s. Bir neçə saatdan sonra həsrət və ümidsizliyə bağlanırsınız.Sanki, divarlar səni hər tərəfdən əhatə edərək əzməyə başlayır. Adama elə gəlir ki, burada həmişəlik qalacaqsan. Bu zaman gələn qorxu klaustrofobiya adlanır.

Şərhlər

şərhlər