Səfər etmək üçün daha maraqlı, əhalinin az olduğu və hələ də turistlər tərəfindən korlanmayan yerlər vardır ki,daha az pul xərcləmək istəyən turistlər bu nöqtələrə üz tuta bilərlər.
Kalabria,İtaliya
Yəqin ki, hamınız İtaliyanın çəkmə formasında olduğunu bilirsiniz. Kalabria vilayəti , sanki “çəkmənin pəncəsində”, Siciliya ilə Aralıq dənizinin kəsişməsində yerləşir. Bura bir tərəfi dağlarla,bir tərəfi meşələrlə ,bir tərəfi qayalıqlarla,digər tərəfi sarı qumlu çimərliklərlə əhatələnmiş bir regiondur.
Oxrid, Makedoniya
Bu şəhər balkanların Yerusalimi kimi taninir. Oxrid şəhərində 365 ədəd kilsə vardır ki, bu da ilin günlərini simvolizə edir.
Strasburq, Fransa
Bu şəhər Fransanın şimal-şərqində yerləşir. Strasburq deyərkən ağla ilk olaraq bürokratiya, demokratiya,fikir azadlığı və konstitusiya gəlir ki, bu da Fransanın qədim tarixi ilə bağlıdır. Həm də Strasburq tarixi bir şəhərdir çünki, 1988-ci ildə ilk dəfə Yunesko Mədəni İrs nümunələri zirvə toplantısı məhz bu şəhərdə baş tutmuşdur.
Osiyek,Xorvatiya
Xorvatiyanı əsasən sakit və sıxlıq az olan bir sahil ölkəsi kimi tanıyırıq.Lakin bu ölkə öz-özlüyündə çox maraqlı və əsrarəngiz gözəlliyə sahib olan bir ölkədir. Zaqreb dünyanın ən rahat paytaxt şəhərlərindən biri adına layiq görülmüşdür.Həmçinin burada xüsusi gözəlliyi ilə seçilən Plitviçka Gölləri milli parkı da vardır. Osiyek şəhəri isə əksinə mərkəzə yaxın yerdə yox, Serbiya ilə sərhədə yaxın yerləşir. Bu şəhər xüsusilə, iyun,iyul,avqust aylarında- yay festivalları keçirilən zaman daha maraqlı olur.
Bаnskа Bistritsа, Slovakiya
78 327 nəfər əhalisi olan bu şəhərin əhalisinin təxminən 10 000 nəfəri Kremnitsa dağlarının döşündə vulkan kalderasında yaşayir. Qədim vulkan mərkəzində yerləşməsi bu şəhərin tarixinin çox köhnə və çox zəngin olmasından xəbər verir. Orta əsrlərdən etibarən buranın əhalisinin əsas məşğuliyyəti dağlardan qızıl və gümüş çıxartmaqdan ibarət olub. Bu şəhər Mərkəzi Avropada 16-cı əsrin arxitekturasının ən gözəl nümunələrindən biri kimi tanınır.
Şərhlər
şərhlər