TravelNews.Az

Azərbaycan Turizm Assosiasiyası beynəlxalq sertifikatlı bələdçilər hazırlayacaq

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Özbəkistanın “Turizmin təlim-konsaltinq mərkəzi”-nin direktoru Yelena Golişevanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Görüşdə həmçinin AZTA-nın bələdçi komitəsinin sədri Samirə Quliyeva da iştirak etdi.
Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi qarşılıqlı məlumat mübadiləsinin aparılması, hər iki ölkədə təşkil olunan bələdçı təlimlərinin metodikası, proqramları və cədvəlləri ilə qarşılıqlı tanışlıq, eləcə də birgə təlimlərin keçirilməsi barədə razılığın əldə olunmasıdır.


Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Özbəkistanın “Turizmin təlim-konsaltinq mərkəzi” hər iki ölkədə peşəkar bələdçilərin hazırlanması, eləcə də beynəlxalq statuslu bələdçilərin barədə razılığa gəldilər.

Şərhlər

şərhlər